|
Kərəm Handedən danışdı -

Türkiyəli aktyor Kərəm Bürsin "Hikayede kalmasın" proqramında şəxsi həyatı barədə danışıb.

O, aktrisa sevgilisi Hande Erçel ilə münasibətinin necə başladığını açıqlayıb:

"Həmkarlıq dostluğa çevrildi. Biri-birimizə çətin vaxtlarda dəstək olduq. Bir müddətdən sonra "Allah Allah bəlkə..." düşündük. Şanslıyıq, şanslıyam".

K.Bürsin "sevgilinizin geyiminə qarışırsınız" sualına isə belə cavab verib:

"Əvvəllər qarışırdım. Kitablar oxuyaraq bunun səhv olduğunu başa düşdüm. Feminist politikama uyğun deyil".