Dünya Bankı Özbəkistanda vergi sistemi sahəsindəki islahatların həyata keçirilməsinə 60 milyon dollar güzəştli kredit verir.
AZƏRTAC bankın Özbəkistandakı nümayəndəliyinə istinadla xəbər verir ki, aşağı faizlə verilən güzəştli kreditin müddəti 30 ildir.
Layihə Özbəkistan Dövlət Vergi Komitəsinin əməliyyat, texnoloji və kadr potensialının inkişafını, həmçinin vergi qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdə tutur.
