|
Azərbaycanda 2 yaşlı uşaq-
Zaqatalada 2 yaşlı uşaq qaynar sudan yanıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından rayonun Danaçı kənd sakini, 2013-cü il təvəllüdlü Aysu Şərif qızı Qudyakova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, yaşadığı evdə 2 yaşlı Aysu Qudyakovanın  üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aysuya döşün,  kürəyin və aşağı ətrafların  3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Cia.az