|
Bakılılar səfirin gözü önündə qan tökdü

Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) XIV turu çərçivəsində "Baku Fayrs” Argentinanın "Kondors” klubu ilə qarşılaşıb.
Bu komandamızın qrup mərhələsində sonuncu görüşü olub. 
Gözlənildiyi kimi komandamız autsayder rəqibinə böyük hesabla qalib gəlib. Xəbər verdiyimiz kimi, Pərviz Bağırov döyüşsüz qalib elan olunub. Belaruslu Mixail Dauqalivets Quba Olimpiya Kompleksində ən tez qeydə alınan nokauta imza atıb. Onun nokautu zamanı hətta rəqib boksçunun ayaqqabısı ayağından çıxıb. Son anda həkimlərin rəyinə əsasən döyüşə çıxan Fakundo Sesar Qiqlionenin isə qaşından qan axsa da, türkiyəli hakim sonadək döyüşü davam etdirib. Nəticədə komandamız Quba Olimpiya Kompleksinə təşrif buyurmuş Argentinanın Bakıdakı səfirinin gözü önündə qonaqları darmadağın edib.
"Baku Fayrs” (AZƏRBAYCAN) - "Kondors” (Argentina) 5:0 
52 kq. Murad Rabadanov - Rikardo Maksimiliano İbarra 1:0 
60 kq. Nəsrəddin Məmmədov - Brian İvan Nunyes 1:0 
69 kq. Pərviz Bağırov - Luis Alberto Veron 1:0 (rəqib döyüşcü rinqə çıxmayıb) 
81 kq. Mixail Dauqalivets - Xuan Qabriel Riso Patron 1:0 (nokaut) 
+91 kq. Hacı Murtuzəliyev - Fakundo Sesar Qiqlione 1:0 

Qeyd edək ki, öncədən pley-offu özünə təmin etmiş "Baku Fayrs” həlledici mərhələdə A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Bu ya Ukraynanın "Otomans", ya da Meksikanın "Querreros" komandası olacaq.

Cia.az