Havada alovlanan təyyarənin səsyazısı ortaya çıxıb.
Türk Hava Yollarına (THY) məxsus təyyarədə baş verən yanğın pilotun danışığında əks olunub. Səsyazısında pilot nasazlıq haqqında hər iki tərəfin dispetçerinə xəbər verib. Özünü itirməyən pilot hava gəmisini Atatürk Havalımanına endirib.
Xatırladaq ki, İstanbuldan Milana uçan sərnişin təyyarəsinin mühərrikində qəflətən problem yaranıb. Nəticədə təyyarənin göyərtəsində yanğın olub. İstanbul-Milan reysini yerinə yetirən təyyarənin məcburi enişindən sonra ilk müdaxilə edilib. Sərnişinlər təyyarədən evakuasiya edilib və hava gəmisinin yanan hissəsi söndürülüb. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Cia.az
