|
Xırdalanda motosiklet yüksək sürətlə “Mercedes”ə çırpıldı

Abşeron royonunun Xırdalan şəhərində motosiklet sürücüsü və sərnişini ağır xəsarət alıb.

Hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Motosiklet sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini ağır xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.