|
Pul köçürülməsində iki lider:

Pulun bu hərəkətinin səbəbi nədir?

Fiziki şəxslərin xarici ölkələrdən göndərdikləri pul baratları bir çox ölkələrdə Ümumi Daxili Məhsulun formalaşmasında mühüm rol oynayır. Məsələn, Tacikistanda, Özbəkistanda əmək miqrantlarının xaricdən göndərdiyi vəsaitlər ÜDM-in 20 faizə qədərini təşkil edir. Azərbaycanda belə göndərişlərin ÜDM-də payı cüzi olsa da, onlar yüz minlərlə ailənin xərclərinin qarşılanmasında mühüm rol oynayır.

Maraqlıdır ki, 2020-ci ildə tüğyan edən koronavirus pandemiyası dünya üzrə pulköçürmələrinin həcminə ciddi neqativ təsir göstərə bilməyib. Dünya Bankının hesablamalarına əsasən, 2020-ci ildə fiziki şəxslərin qlobal pulköçürmələrinin həcmi 2019-cu illə müqayisədə cəmi 1,6 faiz azalaraq 540 milyard dollar təşkil edib. Bank bunu əmək miqrantlarının çox olduğu ölkələrdə iqtisadiyyatın pandemiyadan gözlənildiyi qədər təsirlənməməsi ilə əsaslandırır.

Rusiya Mərkəzi Bankının məlumatına əsasən, 2020-ci ildə ölkədən kənara fiziki şəxslər tərəfindən həyata keçirilən pulköçürmələrinin həcmi son dörd ilin ən aşağı həddində olub - 7,4 milyard dollar. Bu vəsaitin 6,2 milyard dolları keçmiş sovet respublikalarına köçürülüb.

Azərbaycan vətəndaşları da xarici ölkələrdə çalşaraq ölkəmizə pul göndərirlər. Qeyri-rəsmi məlumatlara əsasən, belə vətəndaşlarımızın sayı 2 milyona yaxındır. Onların çox mühüm hissəsi Rusiya Federasiyasında çalışır. Buna görə də Azərbaycana fiziki şəxslər tərəfindən ən çox pul baratı da bu ölkədən göndərilir. Hətta koronavirus pandemiyası belə bu köçürmələrin azalmasına gətirməyib. Azərbaycan Mərkəzi Bankının rəsmi statistikasına əsasən, 2020-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 606 milyon 56 min dollar təşkil edib. Bu, 564 milyon 736 min dollar köçürmənin qeydə alındığı 2019-cu illə müqayisədə 7,3 faiz çoxdur.

2020-ci ildə Rusiya Azərbaycana köçürmələrin həyata keçirildiyi ölkələr arasında birinci yerdə qərarlaşıb. Fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin Türkiyə - 76 milyon 375 min dollar (artım 7,3 faiz), ABŞ - 53 milyon 358 min dollar(artım 34,7 faiz), Almaniya - 36 milyon 988 min dollar (artım 2,4 dəfə) və Gürcüstan - 34 Maraqlıdır ki, Azərbaycandan fiziki şəxslərin pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci yerdə Türkiyə qərarlaşıb - 117 milyon 436 min dollar (artım 19,4 faiz). Keçən il Azərbaycandan Rusiyaya köçürmələrin həcmi 148 milyon 39 min dollar təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 35,6 faiz azdır.

Ötən il Azərbaycandan fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə həmçinin ABŞ - 50 milyon 894 min dollar (artım 49,9 faiz), Böyük Britaniya - 25 milyon 198 min dollar(artım 9,3 faiz), Gürcüstan - 59 milyon 451 min dollar (artım 2,4 dəfə) daxildir.

Ümumilikdə, 2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi 2019-cu illə müqayisədə 17,1 faiz artmaqla 1 milyard 94,029 milyon dollar təşkil edib. Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri isə 29,1 faiz artım nümayiş etdirməklə 556 milyon 545 min dollara çatıb.

Maraqlıdır ki, Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən pulköçürmələrinin həcminə dair Rusiya Mərkəzi Bankının statistikası Azərbaycan Mərkəzi Bankından xeyli fərqli rəqəmləri əks etdirir. Rusiya tərəfinin məlumatına əsasən, 2020-ci ildə bu ölkədən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 901 milyon dollar (1,531 milyard manat) təşkil edib. Bu isə yenə Rusiya Mərkəzi Bankının 2019-cu il üzrə açıqladığı məbləğdən 9,8 faiz azdır. Hesabat ilində bir köçürmənin orta məbləği 341 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81 faizi Rusiya rezidentləri tərəfindən göndərilib (APA).

Azərbaycan Rusiyadan pul köçürmələrində liderdir GancaPost

Azərbaycandan Rusiyaya pul köçürmələrinə gəldikdə, ötən il ölkədəki fiziki şəxslər tərəfindən Rusiyaya 156 milyon dollar (265,2 milyon manat) həcmində transfert həyata keçirilib. Bu, 2019-cu illə müqayisədə 11,9 faiz azdır. Ölkədən Rusiyaya yönələn pul baratlarının 86,5 faizi Rusiya rezidentlərinə göndərilib. Bir köçürmənin orta məbləği 450 dollar təşkil edib.

Bu ilin birinci rübündə Rusiyadan xaricə pulköçürmələrdə Azərbaycan ilk yerdə qərarlaşıb. Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yanvar-mart aylarında Azərbaycan vətəndaşları ölkəmizə ən çox pulu Rusiyadan göndəriblər - bu dövrdə Azərbaycana pul köçürmələrinin 52 faizi Rusiyanın payına düşüb. Azərbaycandan fiziki şəxslərin göndərdiyi pulların həcmi baxımından əsas ölkə isə yenə Türkiyə olub: yanvar-mart aylarında Azərbaycandan çıxan pulların təxminən 28 faizi Türkiyəyə göndərilib. Üç ayda Rusiyadan ölkəmizə 120 milyon dollar gəlib, Azərbaycandan Türkiyəyə isə 33,5 milyon dollar köçürülüb.

Göründüyü kimi, Azərbaycan vətəndaşlarının əmək miqrantı kimi daha çox üz tutduğu Rusiyadan əldə olunan pullar Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya kimi ölkələrə axır. Bu axının səbəbi nədir? Xüsusilə Türkiyəyə göndərilən pulların kəskin artımını hansı amillər şərtləndirir? Bir çox ekspertlər bu artımın daha çox Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarının sayının çoxalması ilə bağlı olduğunu bildirirlər. Təhsil Nazirliyi rəsmilərinin açıqladığı məlumata əsasən, hazırda Türkiyədə 23 min azərbaycanlı təhsil alır. Bu, 2016-cı ildəki göstəricidən (12504) iki dəfəyə yaxın çox deməkdir. Aydın məsələdir ki, bu qədər təhsil alanın təhsil, yaşamaq, qalmaq xərclərinin qarşılanması xeyli vəsait tələb edir. Lakin o da məlumdur ki, Azərbaycan vətəndaşları Türkiyə universitetlərinin tanıdığı güzəşkli ödəniş mexanizmlərindən yararlanmağa üstünlük verirlər.

Son illərdə Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak, daha çox isə mənzil alışını artırmasında təhsilalanların çoxalması amili xeyli rol oynayır. Belə ki, 2021-ci ilin yanvar-mart aylarında azərbaycanlılar Türkiyədə 251 mənzil alıblar. 2020-cu ilin eyni dövründə isə azərbaycanlılar Türkiyədə 284 mənzil almışdılar.

Türkiyənin Statistika Komitəsi xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, mart ayında isə 106 mənil alıblar. Ötən ilin eyni aylarında say müvafiq olaraq 99, 90 və 95 olmuşdu. Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 9-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, azərbaycanlılar Türkiyədə 2016-cı ildə 610 mənzil, 2017-ci ildə 942 mənzil, 2018-ci ildə 1250 mənzil, 2019-cu ildə 1191 mənzil, 2020-ci ildə 1279 mənzil alıblar.

Rəşad Həsənov: “Ələt Azərbaycana qoyulacaq investisiyaların əsas mənbəyi  olacaq”

Rəşad Həsənov

İqitsadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycan vətəndaşlarının böyük əmək bazarına malik Rusiyaya daha çox üs tutması təbiidir və bu da oradan göndərilən pul baratlarının çox olmasına səbəb olub: “Ölkə kənarında miqrasiya həyatı yaşayan hər 100 azərbaycanlıdan 65 nəfəri məhz Rusiyada məskunlaşıb. Hər zaman Rusiya Azərbaycana remitenslərin göndərilməsinə görə birinci yerdə olub. Azərbaycandan Türkiyə və digər bir sıra ölkələrə pul göndərişlərindəki artımın bir sıra səbəbləri var. Məsələn, bunlardan biri - Türkiyəyə göndərişlərin artmasında bu ölkədən internet üzərindən alış-verişin həcmindəki artımla bağlıdır. Bildiyiniz kimi, Azərbaycan vətəndaşlarının Trendyol və digər platformalar üzərindən geyim, aksessuar, son qadağalara qədər elektronik əşyalar alışı hələ pandemiyadan əvvəldən sürətlə artmaqdadır. Azərbaycan insanı ailə büdcəsinin daha effektiv idarə olunmasına üstünlük verir: son böhranlar bu sahədə xeyli təcrübənin yaranmasına səbəb olub. Vətəndaşlar büdcəyə maksimum qənaət etmək üçün şəxsi istehlak mallarının mühüm hissəsini Türkiyədən onlayn alış-veriş yolu ilə əldə edirlər”.

Ekspert qeyd edir ki, Almaniya, ABŞ, Böyük Britaniya kimi ölkələrə pulköçürmələrini artıran da eyni amillərdir: “Bundan əlavə, müxtəlif platformalar üzərindən alışlar da banklar tərəfindən qeydiyyata alınır. Məsələn, bitkoin və digər virtual valyutaların əldə olunması üçün həyata keçirilən köçürmələri də banklar fiziki şəxslərin xaricə ticarət məqsədli köçürmələri kimi qeydə alır. Yəni düşünmürəm ki, burada biznes mühitinin əlverişliliyi ilə bağlı hansısa amillər var. Sadəcə, pandemiya şəraitində gediş-gəliş imkanlarının məhdudluğu əvvəllər fiziki şəkildə çıxarılan pulların da banklar üzərindən elektron yolla köçürülməsinə səbəb olub. Başqa bir məqam düşünürəm ki, elektron ticarətdə tətbiq olunan vergilərlə bağlıdır. Artıq çox sayda insan özünə zəruri olan malları hansısa 3-cü ölkədəki tanışının, qohumunun vasitəsilə alır. Yəni pulu köçürür başqa ölkədəki tanışına, qohumuna, o da öz növbəsində lazım olan malları sifariş edib, çatdırılma ünvanı olaraq Azərbaycanı göstərir. Beləliklə, əlavə vergi ödənişindən yayınırlar”.

R.Həsənovun sözlərinə görə, xaricdə investisiya məqsədli yatırımlara yönəldilən pullar Azərbaycandan əsasən illeqal yollarla çıxarılır: “Buna görə də belə vəsaitlərin mütləq əksəriyyəti rəsmi uçota düşmür. Həmin vəsaitlərin sahibi hamıya məlumdur: keçmiş və indiki məmurlar. Onlar qanunsuz yollarla əldə etdikləri irihəcmli vəsaitləri qanuni yollarla ölkədən çıxara bilmirlər. Fiziki şəxslərin qanuni yollarla çıxara bildikləri vəsaitin həcminə məhdudiyyət qoyulub. Rəsmi investisiya yatırımı kimi sənədləşmə isə məmurlara əl vermir”.