|
Türkiyə daha bir helikopterin kütləvi istehsalına başlayacaq FOTO

Türkiyə Milli Müdafiə Sənayesinin ulduzu sayılan “GÖKBEY” Kommunal Helikopteri Dizayn Təşkilatından lisenziya alıb.

Məlumatı "TRT haber" yayıb.

Bildirilib ki, “GÖKBEY” Türkiyənin hava məkanında daha bir mərhələni uğurla keçib. Bu, helikopterin standartlara uyğun olması və kütləvi istehsala başlaması deməkdir.

Bir müddət əvvəl isə “Hürkuş” adlı helikopterə sertifikat verilmişdi.

Qeyd edək ki, “GÖKBEY” bütövlükdə Türkiyə texnologiyası əsasında hazırlanıb.

(Report)