|
Ağstafada yabanı halda bitən çətənə kolları məhv edilib

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Həzi Aslanov qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, ümumi çəkisi 3950 kiloqram olan, 14240 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.