|
Rəcəb Tayyib Ərdoğan:

“Canı yananlar, qanı tökülənlər, maddi və mənəvi yolla itirənlər, sadəcə Qarabağda yaşayan insanlar oldu. 30 il ərzində mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın düşdülər. 30 ilin sonunda şükürlər olsun, işğal altında olan bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu”.

Bu fikriləri Türkiyə Prezidenti Ərdoğan Milli Məclisdəki çıxışında söylədi.
Ərdoğan bildirdi ki, Qarabağda 30 ildir sürən ixtilafın davam etməsinə seyrçi olanlar həmişə qazanan tərəflər olub. “Bu zəfəri Azərbaycana qazandıran Ali Baş Komandan və Azərbaycan Prezidenti hörmətli İlham Əliyevi bir daha təbrik edirəm”,- deyən Türkiyə Prezidenti ardınca liderlərinin yanında Qarabağda zəfərə çatmaq üçün tək ürəyə, tək yumruğa dönən Azərbaycan xalqına təbriklərini çatdırdı.

“Gözlərini qırpmadan Qarabağın azadlıq üçün qəhrəmancasına mücadilə edən Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı verirəm”,-deyə R.T.Ərdoğan bildirdi.

Ali qonaq qeyd etdi ki, bu savaşda Türkiyə həm dövlət, həm millət olaraq daim Azərbaycanın yalında oldu: “Bu gün də Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, inşallah, sabah da yanında yer alacağıq!”