|
Amerika kubokunda kütləvi yoluxma

Braziliyada keçirilən Amerika kuboku iştirakçıları arasında xeyli sayda koronavirusa yoluxma aşkarlanıb.

Qol.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən həftə götürülən testlərdən 41-i pozitiv olub.

Ən çox yoluxma Venesuela yığmasında olub. Burada 13 yoluxma aşkarlanıb ki, onlardan 8-i futbolçudur. Ümumilikdə koronavirusa yoluxduğu üçün komandalar heyətdən çıxarılan futbolçuların əvəzinə 15 yeni oyunçu cəlb edib.

Qeyd edək ki, Amerika kuboku iyunun 14-də başlayıb.