İŞİD terror qruplaşması yenə edamları ilə gündəmdədir. Amma bu dəfə onların davranışı görənləri qəzəbləndirməklə yanaşı həm də təəccübləndirib.
Cia.az-ın məlumatına görə, İŞİD silahlıları iki nəfər kişini edam etmək üçün meydana gətirib. Onlar bir-biri ilə münasibətlərinin olmasında, homoseksuallıqda ittiham ediliblər. Maraqlısı isə odur ki, İŞİD silahlıları əvvəlcə həmin iki nəfərlə qucaqlaşaraq vidalaşıb. Şəkillərdə hər iki tərəfin bir-biri ilə mehribanlıqla görüşdükləri görənlərin diqqətindən yayınmayıb.
Daha sonra həmin iki nəfər meydanın ortasına gətirilib və digər İŞİD-çilər tərəfindən daşlanaraq edam ediliblər.



Cia.az
