“Prezident Baydenin komandası Vladimir Putinlə görüş öncəsi ard-arda səhvlər buraxmağa davam edir”.
Bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau bəyan edib.
“The Washington Examiner” qəzeti ABŞ-ın “Şimal axını-2” layihəsinə görə Qərb ölkələrinin şirkətlərinə qoyulan sanksiyaları götürə biləcəyini və bu xəbərin Polşa rəsmilərini olduqca təşvişə saldığını yazıb.
“Amerikalı həmkarlarımız belə bir qərarın ən çox zərər vuracağı ölkələrlə məsləhətləşməyə belə vaxt tapmırlar”,-deyə, Zbiqnev Rau “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə şikayətini dilə gətirib.
Co Baydenin komandası Putinlə görüşü “Rusiya və ABŞ arasındakı münasibətlərdə sabit və öngörülən əsasının qoyulması” kimi gözdən keçirir. Zbiqnev Rau isə həmin zirvə toplantısına böyük ümidlərlə yanaşmağın əbəs olduğuunu vurğulayıb.
“Nə Putin Qorbaçovdur, nə də Bayden Reyqandır. Diplomatiya az ehtimal olsa da Rusiyanı dünayda sülh və sabitliyi bərqərar edəcək bir mövqeyə geri qaytarmağa çalışır. Bizlər hətta V.Putin hakimiyyətində belə rəsmi Moskvanı bu istiqamətə yönləndirməliyik”,-deyə o, qeyd edib.
