|
Hava isinir

Aprelin 26 və 27-də ölkə ərazisində sabit hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cia.az-a verilən məlumata görə, aprelin 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9˚, gündüz 15-19˚ isti olacaq.
Aprelin 26-da Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu aran rayonlarında gecə 5-10˚, gündüz 15-20˚, bəzi yerlərdə 23˚ isti, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 5-10˚, bəzi yerlərdə 15˚ isti olacaq.

Cia.az