Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan 30 yaşlı Günelə hökm oxunub.
Günel Abdullayevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Məhkəmənin hökmü ilə G.Abdullayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə, əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini Günel Abdullayeva saxlanılıb. Onun üzərinə baxış zamanı 395 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Günel Abdullayevanın Yasamal rayonunda yaşadığı evdən 7 kq 150 qram heroin, 780 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
