Rəsmi Moskva Çeçenistan prezidenti Ramazan Kadırov ilə bağlı mətbuatda yayılmış məlumatlara aydınlıq gətirib.
Kreml Çeçenistan Respublikasınının prezidenti Ramzan Kadırovun Moskvada Federal səviyyəli vəzifəyə təyin olunacağı haqqında KİV-lərdə yayılmış informasiyanı təsdiq etməyib.
Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib: "Mən bilmirəm, mətbuat belə informasiyanı hardan alır. Qədirov Rusiya Federasiyası regionlarından biri olan Çeçenistanın başçısıdır."
Cia.az
