|
Elnur bu səhnədə oxuyacaq -

“Eurovision-2015” mahnı müsabiqəsinin keçiriləcəyi “Wiener Stadthalle” arenasında səhnənin təmir işləri başa çatıb. 
Artıq yarışmanın keçiriləcəyi bütün ərazi, o cümlədən səhnə və mətbuat mərkəzi hazırdır. 
Vyanada yerləşən arenanın qurulmasında ən son işıq və texnologiyalardan istifadə olunub.
Səhnə rəngarəng işıqlarla bəzədilib. 
Xatırladaq ki, müsabiqə may ayında baş tutacaq. Yarışın I və II yarımfinalı 19 və 21, finalı isə 
23- mayda olacaq. 
Azərbaycanı “Eurovision-2015”də Elnur Hüseynov təmsil edəcək. O, ikinci yarımfinalında 11 nömrə altında çıxış edəcək. Müğənni “Hour of the Wolf” mahnısını ifa edəcək. 








Cia.az