|
AVRO-2020:

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

BAKU.WS xəbər verir ki, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Bundan sonra görüş dayandırılıb.

İlkin ehtimallara görə, yarımmüdafiəçinin ürəyi dayanıb. Bir müddət meydanın içində müalicəsi davam etdirilən Eriksen daha sonra xəstəxanaya aparılıb.

Qarşılaşmada hesab açılmayıb.

Danimarka – Finlandiya matçının 42-ci dəqiqəsində huşunu itirən Kristian Eriksenə görə matçın təxirə salınması barədə qərar verilib. Bu matçın yenidən nə vaxt bərpa olunacağı bilinmir.