|
Naira Zöhrabyan: “Nikol Paşinyan indidən tərəfdarlarını vətəndaş toqquşmalarına hazırlayr”

“Nikol Paşinyan “Respublika” meydanını “bron” edərək faktiki olaraq yeni “1 mart”a hazırlaşır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Naira Zöhrabyan özünün “Facebook” səhifəsində yazıb.

Erməni siyasətçi hakim “Mənim addımım” blokunun iki nümayəndəsi Armen Xocayan və Vaahn Ovakimyanın (həm də deputatdır-red.) paytaxt İrəvan şəhərinin meriyasına ərizə ilə müraciət edərək 21-24 iyun aralığında mitinq keçirməklə bağlı icazə istəmələrinə diqqət çəkib.

Vaahn Ovakimyanın ərizəsində mitinqlərin əsas məqsədinin “Milli Assambleyaya növbədənkənar keçirilən seçkilərin yekunlarını qeyd etmək” olduğunu göstərib.

Ərizədə mitinqdə 200 min insanın iştirak edəcəyi, həmçinin burada plakat və səsgücləndiricilərdən istifadə olunacağı vurğulanıb.
İrəvan bələdiyyəsi 09.06.2021-ci ilə qərarı ilə həmin ərizəni qəbul edib və müvafiq razılığın verilməsini təsdiqləyib.

Naira Zöhrabyan isə bunu Nikol Paşinyanın vətəndaşları bir-birinə qırdırmaq cəhdi olaraq dəyərləndirib.