|
Ermənilər Hadrut ərazisindən 8 meyit apardılar

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində daha 8 erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, şəxsiyyətlərinin araşdırılması üçün meyit qalıqları məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Meyitlər ordumuzun azad etdiyi Hadrut ərazisində aşkarlanıb. Bununla da 7 ay ərzində Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1576-ya çatıb.