|
Bakıda məşhur otel yanır-

Bu dəqiqələrdə Bakının Xətai rayonundakı otellərdən birində yanğın baş verib. 
Hadisə şahidlərinin verdikləri məlumata görə, hadisə “Trump tower” otelində qeydə alınıb.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirildi ki, hadisə ilə bağlı 7 yanğınsöndürən maşın yollanıb.
İlkin məlumata görə, hadisə otelin anbarında qeydə alınıb.
Hazırda yanğının yayılmasının qarşısı alınıb.