| Xəbər 3512 dəfə oxunub
Şahzadə Diananın avtomobili hərraca çıxarıldı

Şahzadə Diananın 40 il əvvəl idarə etdiyi avtomobil hərraca çıxarılıb.

Bu barədə "The Times” nəşri yazıb.

Esseks qraflığında “Reeman Dansie” hərrac evi tərəfindən satılacaq avtomobil “Ford Escort” markalıdır.

Avtomobil üçün ilkin qiymət olaraq 56.6 min dollar müəyyən olunub.