|
Ramiz Əzizbəylinin qızı: "Atam ölmək istəmirdi..."

"Atam xalqını çox sevirdi. Ölmək istəmirdi, amma həyat, xəstəlik ona imkan vermədi. Arzuları çox idi, xatirələri ilə bağlı kitab çap etdirmək istəyirdi, yarımçıq qaldı".

Bu sözləri Musavat.com-a açıqlamasında Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib: "Ayağının sağalmasını gözləyirdi, şəkər xəstəsi olduğu üçün hərəkət edə bilmirdi. Sağalmışdı, amma koronavirus ona aman vermədi. 
Mən onunla xəstəxanada bir yerdə idim, 9 gün yanında qaldım. Sonra infarkt keçirdi, reanimasiyaya yerləşdirildi. Sonuncu dəfə  mayın 28-də görmüşəm.  İlk günlər yaxşı idi, palatada bir yerdə idik. Atama deyirdim ki, xəstəxanadan sağalıb bir yerdə çıxacağıq".

Qeyd edək ki, Xalq artistinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxmuşdu.