Xalq artisti Ramiz Əzizbəyli "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Bu haqda xalq artistinin qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli məlumat verib. O bildirib ki, mərhumun cənazəsi öncə evinə gətiriləcək. Daha sonra son mənzilə yola salınacaq.
Qeyd edək ki, Ramiz Əzizbəyli ötən gün axşam saatlarında dünyasını dəyişib.


