“Kəlbəcərdə səfərdə olarkən yaxınlığımda mina aşkar edilməsi məlumatı yanlışdır”.
Bu sözləri məşhur fotojurnalist Reza Deqati açıqlamasında bildirib. Fotoqraf qeyd edib ki, iyunun 4-də minaya düşərək həlak olanların şəhid olduğu ərazidə olarkən şübhəli əşya ilə qarşılaşıb:
“Məni müşayiət edən minaaxtaranlar ilk əvvəl onun mina olduğunu güman etdilər. Lakin sonradan məlum oldu ki, bu, mina deyil”.
Reza Deqati işğaldan azad olunan Kəlbəcər və digər bölgələrdə dəfələrlə mina təhlükəsi ilə rastlaşdığını da vurğulayıb:
“Bu günə qədər bir neçə dəfə mina təhlükəsi ilə qarşılaşmışam. Lakin qeyd etdiyim kimi, yayılan görüntülərdə yaxınlığımda mina olması ilə bağlı yayılan məlumat doğru deyil”.
Xatırladaq ki, R.Deqatinin iyunun 4-də minaya düşərək həlak olanların şəhid olduğu ərazidə olarkən tam yaxınlığında mina aşkarlandığı haqda məlumat yayılmışdı.
