|
Belarus müxalifətçisinin efirdə dedikləri Kremli qəzəbləndirdi

Protaseviç onun kanalını “Uralda dağ-mədən biznesi ilə məşğul olan rusiyalı oliqarxın” maliyyələşdirdiyi iddiasına Peskov sərt reaksiya verdi

NEXTA teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviçin ötən həftə Belarus dövlət telekanalı ONT-nin rəhbəri Marat Markova müsahibə verməsi haqda məlumat vermişdik. Yada salaq ki,  onun müsahibədə dedikləri geniş rezonans və ciddi suallar doğurub.

Kameralar qarşısında Protaseviç ictimai qaydanları pozulmasının təşkilində və hazırlanmasında günahkar olduğunu “etiraf edib”. Protaseviçin əlləri ilə üzünü ovuşdurduğu zaman biləklərində yaralar olduğu görünüb.

Müxalifətçi deyib ki, “Ryanair” təyyarəsində olması barədə Minskə xəbər verilməsində müxalifət lideri Svetlana Tixanovskayanın qərargahının əməkdaşı Danil Boqdanoviçdən şübhələnir. Protaseviçin dediyinə görə, son vaxtlar onların münasibətləri gərgin imiş.

Protaseviç Belarus müxalifətini də tənqid edib. Deyib ki, Svetlana Tixanovskaya Litvada vergiödəyiciləri (yəni xalq-red), xüsusi sponsorlar və diaspora maddi kömək edir. Polşanın isə Varşavadakı “Belarus Evi”nə təxminən 50 milyon zlot (təxminən bir milyard rubl) ayırdığını iddia edib.

Bundan əlavə, Protaseviç Belarus prezidenti Aleksandr Lukaşenko haqqında da danışıb: “Gizlətməyəcəyəm, Aleksandr Qriqoryeviçi çox tənqid etdim. Mənə elə gəlirdi ki, bunun üçün səbəblər də vardı. Amma getdikcə daha çox jurnalistika ilə deyil, siyasi işlərlə məşğul olmağa başladıqda başa düşdüm ki, Aleksandr Qriqoryeviçə tənqidlər əslində, sadəcə, ona təzyiq cəhdidir”.

Protaseviç bütün teleqram kanallarının Tixanovskayanı dəstəklədiyini və hətta “zəif tənqidlərin” qadağan olunduğunu söyləyib. Bundan əlavə, NEXTA-nı layihənin həmtəsisçisi Stepan Putilo ilə qarşıdurma səbəbindən tərk etdiyini söyləyib. Onun dediyinə görə, NEXTA əvvəlcə yalnız reklam yolu ilə pul qazanıb və daha sonra “bir Rusiya şirkəti” tərəfindən maliyyələşdirilib. Protaseviç onun kanalını “Uralda dağ-mədən biznesi ilə məşğul olan rusiyalı oliqarxın” maliyyələşdirdiyini iddia edib. Protaseviçin müsahibəsindən sonra onun “Uralxim” şirkətinin baş direktoru Dmitri Mazepini nəzərdə tutduğu haqda versiyalar irəli sürülüb.

Peskov: ''Ermenistan ile tarihsel olarak iyi ilişkilerimiz var'' - Ermeni  haber ajansı

Məhz bu sonuncu iddialar Kremldə ciddi narahatlıq doğurub. Kreml Belarus müxalifətinin NEXTA teleqram-kanalının guya rusiyalı milyarder tərəfindən maliyyələşdirilməsinə dair iddialara sübut tələb edir. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, NEXTA teleqram-kanalının məhz kim tərəfindən maliyyələşdirildiyinə dair dəqiqləşdirməni ya hazırda Minskdə həbsdə olan müxalifətçi Raman Prataseviç, ya da Belarus hökuməti etməlidir. Peskov bunu jurnalistlərdən birinin NEXTA-nın guya “Uralxim” şirkətinin baş direktoru Dmitri Mazepin tərəfindən maliyyələşdirildiyinə dair iddia ilə bağlı sualına cavab verərkən deyib (Virtualaz.org).

Peskov Mazepin barədə suala cavab olaraq deyib: “Mazepini heç kim heç nədə ittiham etməyib. Prataseviç Mazepinin adını çəkməyib. Buna görə də o, birtəhər bunu izah etməlidir, ya da Belarus tərəfi söhbətin nədən getdiyi barədə izahat verməlidir. Bu məsələdə siçan-pişik oynamaq olmaz. Əgər belə ittihamlar səsləndirilibsə, deməli, dəqiqləşdirmə də olmalıdır”. Mazepinin özü də NEXTA kanalı ilə heç bir əlaqəsinin olmadığını bildirib: “Mən açıq və səmimi şəkildə deyə bilərəm ki, nə mən, nə də mənim şirkətim bu telekanalın maliyyələşdirilməsi ilə məşğul olmayıb, çünki bu mənim mövqeyimə zidd olardı”.

Lakin 2020-ci ilin avqustunda Minskdə davam edən etiraz aksiyaları zamanı Mazepin müxalifəti dəstəkləmiş və hətta Belarusda milli xilas komitəsinin yaradılmasını təklif etmişdi.