Qaradağ Rayon İcra Hakimiyyətindən “Sürücüsü icra başçısının onun adına rəsmiləşdirdiyi 10 milyonluq varidatı satıb qaçıb – İDDİA” adlı yazıya münasibət bildirilib. İcra Hakimiyyətindən Musavat.com-a göndərdikləri təkzibdə deyilir ki, yazı həqiqəti əks etdirmir:
“İşıqlandırılmış yazıda çap edilmişdir ki, başçının sürücüsü “Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb”.
Bildiririk ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi (sürücüsü) Mahir Xanqulu oğlu Ağayev özünün və yoldaşının səhhətində yaranmış problemlərlə bağlı öz arzusu ilə 21 sentyabr 2020-ci il tarixli, 85 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir”.
