|
Tahir Kərimlidən hökumətə çağırış:

Milli Məclisin plenar iclasında hökumət üzvlərinin də iştirak etməsindən istifadə edən deputat Tahir Kərimli bildirib ki, Azərbaycanın dövlət büdcəsi 20 milyard yox, 80 milyard olmalı idi.

“Əgər deyilirsə ki, bu ölkədə korrupsiya, inhisarçılıq, süni bahalaşma olmamalıdır, deməli, olmamalıdır! Ancaq əgər varsa, demək, büdcəmiz 80 milyard olmayacaq”, - deyə, o bildirib.

Daha sonra deputat hökumət üzvlərinə müraciət edib:

“Hörmətli qardaşlar, pandemiyadan sonra biz xalqın içərisinə çıxacağıq. Bizə suallar veriləcək. Axı siz camaatın içərisinə çıxmırsınız, biz çıxırıq. Bizə suallar verirlər, cavab verə bilmirik!”

T.Kərimli ardınca təhsil sistemindəki vəziyyətlə bağlı narahatlığını bölüşüb:

“Bizdə kim nə qazanıbsa, öz fərdi imkanları və istedadı hesabına qazanıb. Son yüz ildə elm və təhsil sahəsində ancaq geri getmişik. Xahiş edirəm, başbilənlər, hökumət üzvləri, oturun, düşünün, bizim təhsil sistemimizi yenidən qurun!”