|
Kanadada zəlzələ baş verib

Kanadanın qərb sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. 
Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.
Xəbərdə bildirilir ki, Kanadanın Britiş Kolumbiya ştatının şijmal sahilində yeraltı təkanlar qeydə alınıb. 
Zəlzələnin episentri Bella-Bella məntəqəsindən 182 km cənub-qərbində, zəlzələ ocağı 10 km-ə yaxın dərinlikdə yerləşib.
6.2 bal gücündə olan yeraltı təkanlar ABŞ-ın da bəzi ştatlarında hiss edilib. 

Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Cia.az