Müsavat başqanının müavini Tofiq Yaqublunun hava limanına gedərək, qızı Nərgiz Yaqublunun cənazəsini qarşılamasına icazə verilməyib. Cia.az xəbər verir ki, buna əvvəlcə razılıq verilsə də, sonradan qərar dəyişib.
Qeyd edək ki, qızının vəfatı ilə bağlı Tofiq Yaqublu 7 günlüyə azadlığa buraxılıb. O, penitensiar xidmətin mülki geyimli işçilərinin nəzarəti altındadır və hərəkəti məhdudlaşdırılıb.
Cia.az
