|
Putin: ““Şimal Axını-2” qaz kəmərinin birinci xəttinin tikintisi başa çatıb”

““Şimal Axını-2” qaz kəmərinin birinci xəttinin tikintisi başa çatıb”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

O, “Şimal Axını-2” qaz kəmərinin ikinci xəttinin inşasının davam etdiyini qeyd edib.

“Kəmərin suyun altında qalan hissəsi tam hazırdır. Qalıb bircə həmin kəmərin Almaniya ərazisindəki kəmərə qoşulması. “Qazprom” “Şimal Axını-2” kəmərini qazla doldurmağa hazırdır”, - deyə Rusiya Prezidenti vurğulayıb.