|
ABŞ korrupsiya ilə qlobal mübarizəyə başladığını elan edib

“ABŞ xarici siyasətdə milli təhlükəsizlik sahəsində özünün əsas vəzifəsi olaraq korrupsiya ilə mübarizəni görür. Bundan başqa, Birləşmiş Ştatlar rəqəmsallığa və kibertəhlükəsizliyin təmininə xüsusi diqqət ayıracaq”.

Bu barədə Ağ Evin rəhbəri, prezident Co Baydenin imzaladığı memorandumda deyilir.
CNBC-nin informasiyasına əsasən, bundan sonra federal agentliklər korrupsiya, daha doğrusu, maliyyə cinayətlərinə daha çox köklənəcək. Bu yöndə antikorrupsiya qanunvericiliyinin modernləşdirilməsi nəzərdə tutulur. Bunların içində kriptovalyutalardan və digər texnologiyalardan istifadə edən cinayətkarlara qarşı sərt tədbirlər planı da var.

“Biz kriptovalyutanı maliyyə maxinasiyaların bir üsulu kimi gözdən keçiririk, lakin bununla bərabər yeni texnologiyaları məhdudlaşdırmağı nəzərdə tutmuruq”,-deyə hüquq-mühafizə orqanlarının təmsilçisi CNBC-yə danışıb.

Xəbərdə xarici siyasətdə antikorrupsiya istiqamətinin Baydenin əsas prioritetlərindən biri olduğu, onun bu məsələdə qlobal səviyyədə hərəkət edəcəyi vurğulanıb.