|
Azərbaycan Qran-prisi: Yaponiyalı pilotun bolidində problemi aşkarlandı

Bakıda keçirilən "Formula 2" yarışında ilk qəza baş verib.

"Report"un məlumatına görə, "Compas Racing" komandasının üzvü yaponiyalı Marino Sato sərbəst yürüşə davam edə bilməyib.

Onun bolidinin təkərində problem aşkarlanıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.