Bakıda keçirilən "Formula 2" yarışında xoşagəlməz qəza baş verib.
Musavat.com xəbər verir ki, DAMS komandasından Roy Nissany 14-cü döngədə sərt şəkildə divara dəyib.
Onun bolidi yararsız hala düşüb, pilot trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.

