|
Azərbaycan Qran-prisi başlayıb

Bu gündən başlayaraq iyunun 6-dək davam edəcək "Formula -1" Azərbaycan Qran Prisinə start verilib. Yarışda 12 ölkədən 20 pilot iştirak edir.

Avstraliyanı Daniel Rikkardo, Fransanı Esteban Okon, Pyer Qasli, İspaniyanı Fernando Alonso, Karlos Saynz, Hollandiyanı Maks Vestrappen, Meksikanı Serxio Peres, Finlandiyanı Valtteri Bottas, Kimi Raykonnen, Böyük Britaniyanı Luis Hemilton, Lando Norris, Corc Rassel, Almaniyanı Mil Şumaxer, Sebastian Fettel, Yaponiyanı Yuki Tsonado, Rusiyani Nikita Mazepin, Monakonu Şarl Lekler, Kanadanı Nikolas Latifi, Lans Stroll, İtaliyanı Antonio Cibonazzi təmsil edəcək.

Bu günün yarış cədvəli: Saat 10:25-də "Formula 2" sərbəst yürüş, 11:30-da "Formula 1" birinci sərbəst yürüş, 14:30-da "Formula 2" sıralama yürüş, saat 16:30-da isə "Formula 1" sərbəst yürüşü baş tutacaq.

İyunun 5-də sərbəst yürüş və sıralama düzülüşünün yekun mərhələsi olacaq. İyunun 6-da "Formula 1" və Formula 2" Azərbaycan Qran-prisinin qalibləri müəyyənləşəcək.

Pilotların xal cədvəlinə baxsaq, Hollandiya təmsilçisi Maks Ferstappen 105 xalla liderdir. Onun ən yaxın izləyicisi Böyük Britaniya pilotu Luis Hamilton 101 xalla ikincidir. Digər pilotlar isə 50 xalın gerisindədir.

Xatırladaq ki, yarış pandemiya səbəbindən azarkesiz keçirilir.