|
Tofiq Yaqublunun öz evinə ən ağır gəlişi...
Xəbər verildiyi kimi, bu gün siyasi məhbus Tofiq Yaqublu saat 16 radələrində azadlığa buraxılıb və Qaraçuxur qəsəbəsindəki evinə gətirilib.   
Onun sözlərinə görə, evinin qarşısında T.Yaqublunu əzizləri və dostları qarşılyıb. Qarşılama zaman ürəkparçalayan anlar yaşanıb, onu qarşılayanlar övlad itkisinə məruz qalmış Tofiq Yaqublunu ovundurmağa çalışıblar.
Qeyd edək ki, qızının vəfatı ilə bağlı Tofiq Yaqublunun 7 günlüyə azadlığa buraxılması dünəndən gözlənilirdi. lakin sənədləşdirmə ilə bağlı buraxılma ancaq bu gün mümkün oldu.  
Xatırladaq ki, ailə üzvlərindən biri dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilkdə nəzərdə tutulur.

Tofiq Yaqublu musavat.com-un müxbirinə deyib ki, qızının vəfat etməsi xəbərini ANS-in dünən (23 aprel) saat 15-dəki xəbər bülletenindən eşidib və şok yaşayıb. O zamana qədər T. Yaqubluya Nərgizin xəstələnməsi, buna görə də həyat yoldaşı Maya Yaqublunun qızının yanına getməsi barədə məlumat verilibmiş. Lakin vəziyyətin bu dərəcədə kritik olduğunu kimsə söyləyə bilməyib. Danışmağa çətinlik çəkən dərdli ata bu axşam hava limanına, qızı Nərgiz Yaqublunun cənazəsini qarşılamağa gedəcək.

Musavat.com bildirir ki, yazarımız, Müsavat başqanının müavini Tofiq Yaqublu penitensiar xidmətin mülki geyimli işçilərinin nəzarəti altındadır və onun hərəkəti məhdudlaşdırılıb. Lakin ona hava limanına gedərək, qızını ... qarşılamağa icazə verilib. 

Musavat.com