|
Filippində zəlzələ olub, daha biri gözlənilir

Filippinin Mindanao adası yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Filippinin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 500 min əhalisi olan Saranqani vilayətindən 144 kilometr cənub-şərqdə, ocağı isə 88 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Mütəxəssislər regionda təkrar yeraltı təkanların baş verəcəyini istisna etmir.