|
İtaliyada mafiyanın qəddar killeri azadlığa buraxılıb-polislə əməkdaşlıq edib

İtaliyada vaxtilə Siciliya mafiyasına killerlik edən Covanni Bruska adlı şəxs azadlığa buraxılıb.
Onun “Koza nostra” qruplaşmasında keçmiş boslarının əleyhinə ifadə verməsi azadlığını qazanmasında əsas rol oynayıb.
Covanni Bruska vaxtilə Siciliyada vəzifədə olan hakim Covanni Falkoneni bomba ilə öldüməklə tanınıb.
Həmin hadisə zamanı Falkone ilə bərabər onun xanımı və 3 polis həlak olmuşdu. İtaliya hüquq-mühafizə orqanları qatili yalnız 1996-cı ilə yaxalaya bilib.
Həm Covanni Falkonenin, həm də ondan iki ay sonra mafiya ilə hakim Paolo Borsellinonun qətli ölkədə mütəşəkkil cinayətkarlıqla sərt və qanlı mübarizənin fitilini alışdırmışdı.

Covanni Bruska özü 100-dən çox qətli, o cümlədən 14 yaşlı Cüzepe di Matteo adlı bir uşağın öldürülməsini boynuna alıb. Sonuncunun “günahı” atasının polisə informatorluq etməsi olub. Qatillər azyaşlı Cüzeppeni öldürdükdən sonra onu turşuda əridiblər.

“Bruska hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməklə yalnız özünə fayda qazanıb”,-deyə Covanni Falkone ilə birlikdə həlak olan polislərdən birinin xanımı Rozariya Kosta qəzəblə İtaliyanın “Corriere della Sera” qəzetinə danışıb.