|
Azərbaycan 21 iyuna niyə və necə hazırlaşmalı...

Seçkidən sonra da Bakı 10 noyabr sənədinin icra edilməyən müddəalarının yerinə yetirilməsi üçün sərt mövqeyini ortaya qoyacaq

Ermənistanda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkiləri təkcə erməni xalqının bundan sonrakı seçimini qətiləşdirməyəcək, həm də İrəvanın sülh, yoxsa yenə revanşist siyasəti davam etdirəcəyinə aydınlıq gətirəcək. Bu səbəbdən bəzi ekspertlərin fikrincə, Azərbaycan 21 iyunda istənilən varianta hazır olmalıdır. “Yeni Müsavat” bildirir ki, hazırkı situasiyada Nikol Paşinyanın partiyasının seçkilərdə qalib olması Azərbaycan üçün də keçərlidir.

Əgər onun komandası seçkini udarsa, ardınca böyük ehtimalla referenduma gediləcək, ölkənin prezident üsul-idarəçiliyinə təkrar qayıtması səsverməyə qoyulacaq. Daha sonra prezident seçkilərinin keçirilməsi və Paşinyanın bu postu qazanması nəzərdə tutulur. Yalnız bundan sonra Ermənistanda siyasi böhran səngiyə və Paşinyan öz sərəncamları, təkbaşına qərarları ilə sülh istiqamətində hansısa konkret addımlar ata bilər. İndiki vəziyyətdə müxalifətin ona təzyiq imkanları genişdir və digər tərəfdən, Rusiyaya bağlılığı olan köhnə cinayətkar klan iqtidara qayıdış üçün dəridən-qabıqdan çıxır.

O baxımdan Robet Köçəryanın hakimiyyətə gəlməsi onun Kremlin başçısı Vladimir Putinlə birgə siyasət yürüdəcəyinə və Qarabağdakı status-kvonu maksimum öz xeyirlərinə inkişaf etdirəcəyinə şübhə yeri qoymur. Buna görə də Paşinyanın seçkidə qalib gəlməsi hələ ki bizim üçün qənaətbəxş versiyadır.

СМИ: Кочаряну не удалось провести в Москве никаких значимых встреч |  1news.az | Новости

Fərqli fikirdə olan siyasi şərhçilərin sözlərinə görə, Paşinyanın reytinqinin rəqiblərindən yüksək olmasına baxmayaraq, spontan hadisə baş verə, hər an nəyisə dəyişə bilər. Hətta qalib gələcəyi təqdirdə belə, müxalifət seçkinin nəticələrini tanımaya bilər. Bu səbəbdən Azərbaycan Paşinyandan sonrakı dövrə hazırlaşmalıdır. Çünki revanşistlər hakimiyyəti götürdüyü halda, əminliklə söyləmək olar ki, bütün pozucu hərəkətlərə yol verəcəklər.

Bəs bu hazırlıq prosesi nə deməkdir, politoloqlar nəyə hazır olmağımızı düşünürlər? Paşinyan hakimiyyətdən gedərsə, nələr yaşana bilər? Revanşistlərin hakimiyyətə gəlmək şansları, daha sonra üçtərəfli bəyanatı pozmaq imkanları varmı? Yəni Köçəryanın Putinin imzası olan sazişi icra etməkdən imtinası mümkündürmü?

Yeri gəlmişkən, Rusiya, Ermənistan və Azərbaycanın yaratdığı regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya Ermənistan-Azərbaycan sərhədindəki gərgin situasiya ucbatından işini dayandırıb. Bunu Ermənistan baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan deyib. “Hazırda komissiya işini davam etdirmir, ona görə ki, effektivlik və nəticə üçün müvafiq fon lazımdır. Sərhəddə belə situasiya olduqca mən bu meydanda konstruktiv işin olacağını düşünmürəm. Bu meydanda kontaktlar qırılıb, görək sonra nə olacaq”, - deyə o bildirib. Görünür ki, qarşı tərəf prosesin pozulmasında maraqlıdır.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az

Qabil Hüseynli

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya ilə bağlı Paşinyanın əleyhinə kompromat materialların yayılması intensivləşib: “Bir erməni general-leytenantı (Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan ”Yerevan Tudey" saytına müsahibəsində-red) raketlərdən atəş açmaq məsələsinin Rusiya ilə razılaşdırılmalı olduğunu Paşinyana bildirib. Guya Paşinyan da ona söyləyib ki, “Rusiya kimdir, Ali Baş Komandan mənəm, sənə raketlərdən atəş açmağa əmr verirəm”. Yəqin ki, Bərdəyə atılan “Skad” tipli raketləri, Gəncəyə atılan raketləri nəzərdə tutur. Bax, Paşinyanı seçkiqabağı anti-Rusiya təbiətli göstərmək üçün müxalifət bu şəkildə dəridən-qabıqdan çıxır. Hətta olmayan faktları özlərindən uydurub Paşinyanın Rusiyanı sevmədiyini, qərbmeyilli siyasətçi kimi sübut etməyə çalışırlar, bununla Moskvaya işarələr verirlər".

Q.Hüseynli hesab edir ki, seçki mürəkkəb olacaq: “Son dövrlərdə Paşinyanın əleyhdarları Ter-Petrosyan istisna olmaqla, Köçəryan, Manukyan, Sərkisyan kimilər olan-olmayan faktların üzərinə fantaziyalarını əlavə edərək onu xalqın gözündən salmağa çalışırlar. Düşünürəm ki, Rusiyanın burada rolu seçkinin beynəlxalq normalara uyğun keçirilməsinə dəstək verməkdən ibarət olmalıdır. Paşinyan ən ciddi sorğulara görə rəqiblərini aşkar şəkildə üstələyir. Əgər seçkini uduzsa, o deməkdir ki, seçki saxtalaşdırılıb. Bu prosesdə rusların müdaxiləsi həlledici rol oynaya bilər. Çünki Rusiyanın belə məsələlərdə təcrübəsi var. Hətta seçkilərə nəzarət edən konsaltinq mərkəzləri də seçkinin ağır keçəcəyi, Rusiyanın hər şeyi həll edəcəyi barədə fikirlər söyləyirlər”.

Bütün dünyanı və bəşəriyyəti yalnız və yalnız elm xilas edəcək"- XƏYAL  BƏŞİROV-MÜNASİBƏT » Xeberdar.net

Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov qeyd etdi ki, seçkilərə sayılı günlər qalır və Ermənistanda siyasi mübarizə getdikcə gərginləşir. Onun sözlərinə görə, hakimiyyət uğrunda mübarizə aparan Paşinyanla rəqibi olan cinayətkar “Qarabağ klanı” arasında amansız didişmə gedir. X.Bəşirov hesab edir ki, cinayətkar qruplaşmanın qarşısında dayanan əsas məsələ hakimiyyətə gəlməkdir. Politoloqun fikrincə, Azərbaycan heç bir ölkənin daxili işlərinə müdaxilə etmir, öz siyasətini yürütməkdədir. “Lakin əldə edilən qələbə və bölgədə yaranan yeni reallıqlara görə Ermənistandakı seçki bizi də maraqlandırır. Revanşist qüvvələrin çağırışlarına Azərbaycan rəhbərliyi tərəfindən həmişə sərt cavab verilir və ”dəmir yumruq" yada salınır. Ona görə də seçkidə qalib gələn tərəfin kimliyindən asılı olmayaraq, 10 noyabr sənədi və hələ də yerinə yetirilməyən müddəalar mütləq şəkildə icra olunacaq. Bu məsələdə Rusiyanın da mövqeyi İrəvana bəllidir. Çünki Moskvanın iştirakı ilə baş tutan bəyanatdır, ortada Rusiya və Azərbaycan rəhbərliyinin imzası var", - deyə siyasi ekspert vurğuladı.

X.Bəşirovun sözlərinə görə, Qazağın işğalda qalan 7, Naxçıvanın isə Kərki kəndləri boşaldılmalıdır, ordumuzun nəzarəti olmayan ərazilərdə silahlı erməni terrorçularının bölgəni tərk etməsi məsələsi həllini tapmalıdır, həmçinin sərhədlərin demarkasiyası və delimitasiyası işləri həyata keçirilməlidir, minaların xəritəsi təqdim olunmalıdır: “Seçkidən sonra Azərbaycan dövləti 10 noyabr sənədinin icra edilməyən müddəalarının yerinə yetirilməsi üçün sərt mövqeyini ortaya qoyacaq”.