|
Böyük acının unudulmayacaq anları -
Bu gün Müsavat Partiyası başqanının müavini, Qarabağ müharibəsi veteranı, milli-azadlıq hərəkatının fəalı, siyasi məhbus Tofiq Yaqublu qızının - jurnalist, siyasi fəal Nərgiz Yaqublunun vaxtsız vəfatıyla bağlı müvəqqəti olaraq azadlığa buraxılıb.
Tofiq Yaqublunu hüzr məclisi üçün onun evinə gəlmiş qohumları, dostları, yoldaşları qarşılayıblar. Onlar övlad itkisi ilə üzləşmiş atanın dərdinə şərik olduqlarını bildiriblər, hüznlü, kövrək anlar yaşanıb. Bu fotolar Tofiq Yaqublunun və yaxınlarının heç vaxt unudulmayacaq ağır itkisinin hüznünü göstərir.