Amerika pilotsuz döyüş təyyarəsi texnologiyasında yeni bir addıma imza atıb.
İlk dəfə insansız döyüş təyyarəsinə havada yanacaq doldurulub.
Yanacaq “Northrop Grumman” şirkəti tərəfindən ABŞ donanması üçün layihələndirilən və təyyarə gəmisinə enib-qalxa bilən X-47B tipli yarasa qanadlı insansız döyüş təyyarəsinə vurulub. Yanacaq daşıyan təyyarədən X-47B-yə ilk dəfə havada təxminən 2 ton yanacaq doldurulub.
ABŞ həm də insansız savaş təyyarələrinin uçuş məsafəsini artırıb. Beləliklə, ABŞ-ın çox uzaq nöqtələrə hərbi müdaxilə etmə imkanı bir az da artıb.
Cia.az
