|
Aydın Mirzəzadə deputatların Şuşaya aparılmasını təklif etdi

Milli Məclisin iclasında çıxış edən deputat Aydın Mirzəzadə deputatların Şuşaya səfərinin təşkil edilməsini xahiş etdi. “Ziyalıların və mətbuat nümayəndələrinin vaxtaşırı Ağdama, Şuşaya səfərləri təşkil edilir. Mən Milli Məclis deputatlarının da Ağdama, Şuşaya səfərinin təşkil edilməsini xahiş edirəm. Bu həm də indiki reallığın yerində dəyələndirilməsinə, perspektivlərin müəyyənləşdirilməsinə və canlı müşahidəyə kömək edəcək”, - A.Mirzəzadə bildirdi.

 Milli Məclisin sədri Sahibə Qafarova isə A. Mirzəzadəyə parlamentarilərin Şuşaya ayrı-ayrılıqda səfər etdiyini xatırlatı: “Qrup şəklində olmasa da, deputatların ayrı-ayrılıqda və xarici qonaqlarla birlikdə Şuşaya səfərləri olub. Amma siz dediyiniz məsələ də stenoqrama düşdü”.