|
"Ailə facisədir"

"Bu, ailə faciəsidir. Hadisə ehtiyatsızlıqdan baş verib".

Bunu açıqlamsında arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkili Ceyhun Yusifov deyib.

Vəkil bildirir ki, F.Əhmədov arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməyib: "Bunu sübut edən kifayət qədər faktlar var və istintaqa təqdim edəcəyik"

Rəsmi məlumata görə, F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Cütlüyün 3 övladı var.