Milli Məclisin yaz sessiyasının son plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Deputat Fazil Mustafa çıxışında bildirdi ki, Azərbaycan dövləti ölkə prezideninin rəhbərliyi ilə, Şuşada böyük quruculuq işlərini həyata keçirir.
Millət vəkili qeyd etdi ki, bir müddət əvvəl MHP lideri Devlət Bahçeli Şuşada məktəb tikiləcəyini elan etmişdi. “Ancaq bununla bağlı müəyyən anlaşılmazlıq ortaya çıxdı”, deyən F.Musfata bir sıra qüvvələrin Türkiyə-Azərbaycan münasibətlərini pozmağa cəhd göstərdiyini vurğuladı. Qeyd etdi ki, bizim dostluğumuz, qardaşlığımız o səviyyədədir ki, hər hansı xırda problemlər olsa da, onun qabardılması yolverilməzdir. “Rahatlıqda münasibətlərin pozulmasına rəvac verilən addımlar atılır”, F.Mustafa qeyd etdi. Deputatın sözlərinə görə, Azərbaycan köməkçisinin köməkçisi hörmətli Hikmət Hacıyevin məsələ ilə bağlı operativ şəkildə açıqlama verməsi və məktəbin tikiləcəyini bildirməsi anlaşılmazlığı aradan qaldırdı. F.Mustafanın sözlərinə görə, indiki məqamda Türkiyə şirkətlərinin Qarabağdakı quruculuq işlərində geniş şəkildə iştirakına imkan yaratmaq lazımdır. “Azərbaycan şirkətlərinə hansı öncüllük veririksə, hər hansı ilkin şərt tələb olunmadan, Türkiyə şirkətlərinə də eyni imkanlar yaradılmalıdır. Hər hansı maneə törədən məmurlar, ünsürlər dərhal aşkara çıxarılmalıdır ki, gələcəkdə hər hansı problem yaranmasın”.
