|
Blinken: “ABŞ münaqişənin uzunmüddətli siyasi həlli barədə tərəflərə kömək etməyə sadiqdir”

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli barədə danışıqlarda tərəflərə kömək etməyə sadiqdir”.

APA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bu ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Respublika Günü ilə bağlı bəyanatında əksini tapıb.

E. Blinken vurğulayıb ki, ABŞ döyüşlərin humanitar nəticələrinin həllini dəstəkləyir.