|
Ərə getdiyini təsdiqlədi - Fotolar

Amerikalı müğənni Ariana Qrande 25 yaşlı sevgilisi Dalton Qomesə ərə getdiyini təsdiqləyib.

Bu barədə 27 yaşlı sənətçi İnstaqram səhifəsində toyundan fotolar paylaşaraq məlumat verib.

 

Cütlüyün toyu mayın 15-də Ariananın Kaliforniya ştatındakı Montesito şəhərində reallaşıb. Onların toyunda ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, Ariananın bir müddət əvvəl gizlicə ərə getdiyi haqda xəbərlər yayılmışdı.