Şəmkirçay Su Anbarı və Magistral Kanalları İstismarı İdarəsinin rəisi Vaqif Məmmədov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli idarələrinin rəhbərləri arasında ASC-nin sabiq sədri Əhməd Əhmədzadəyə ən yaxın şəxslərdən hesab olunur. Məlumatlara görə bu yaxınlığın bünövrəsi Əhməd Əhmədzadə 1987-1991-ci illərdə Şəmkir rayonunda birinci katib işlədiyi zaman qoyulub. Daha sonra onlar arasında qohumluq münasibəti də yaranıb. Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olduqdan sonra Vaqif Məmmədovun da ulduzu parlamağa başlayıb. Əhmədzadə ilə yaxın münasibətlər Şəmkirçay Su Anbarı və Magistral Kanalları İstismarı İdarəsini öz istədiyi kimi idarə etməsinə imkan yaradıb. Bu idarədə baş verən korrupsiya və rüşvətxorluğun miqyası çox yaxın zamanlarda üzə çıxacaq. Redaksiyamıza daxil olan məlumata görə çox yaxın zamanlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin bir neçə yerli idarəsində, o cümlədə Şəmkirçay Su Anbarı və Magistral Kanalları İstismarı İdarəsində yoxlamalar aparmağa başlayacaq. O zaman çox ciddi məsələlərin üstünün açılacağı şübhəsizdir. Həmin vaxt Şəmkirçay Su Anbarı və Magistral Kanalları İstismarı İdarəsinin rəisi Vaqif Məmmədov sərvətinin haradan qazandığına aydınlıq gətirməli olacaq. Hələlik isə Vaqif Məmmədov bu sərvətini halal yola qazana bildiyini iddia edir. Vaqif Məmmədovun sərvətinin tam miqyası məlum olmasa da, bəzi bilgilər var. Belə ki, Şəmkirçay Su Anbarı və Magistral Kanalları İstismarı İdarəsinin rəisi Vaqif Məmmədovun çox böyük heyvandarlıq kompleksinin olduğu haqqında məlumat var. Həmin kompleksdə həm iri buynuzlu, həm də xırda buynuzlu heyvanlar saxlanılır. Şəmkir rayonundakı mənbəmiz bildirir ki, idarə rəisinin heyvandarlıq kompleksinin ümumi dəyərinin 2 milyon manatdan yuxarıdır. Bundan başqa idarə rəsinin sərəncamında bir neçə yüz hektar əkinə yararlı torpaq sahəsinin olduğu da iddialar sırasındadır. Ancaq bunlar Vaqif Məmmədovun sərvətinin tam siyahısı deyil. Mənbəmiz qeyd edir ki, Vaqif Məmmədovun sərvətinin miqyasının tam siyahısı, hətta onun ən yaxın adamları da bilmir. Çünki bu sərvətin miqyası Şəmirdəki heyvandarlıq kompleksi, torpaq sahələri, iaşə obyekti, mülklər və ticarət obyektlərindən ibarət deyil. Belə ki, Vaqif Məmmədovun Gəncə və Bakı şəhərində də obyekt və mülklərinin olduğu, həmçinin əksər imkanlı şəmkirlilər kimi Moskvada da biznesin və obyektinin olduğu iddialar sırasındadır. Mənbə bildirir ki, Vaqif Məmmədovun tərəvəz istixanalarında yetişdirilən məhsulların Moskvada satışını idarə rəisinin bacısı oğlu həyata keçirir. Qeyd edək ki, Şəmkirdə yüzlərlə məmura məxsus istixanalar mövcuddur. Onların böüyk əksəriyyəti əslən Şəmkirdən olan müxtəlif dövlət qurumlarında yükəsk vəzifə tutan məmurlara məxsusdur. İstixana sahibləri arasında, hətta komitə sədri olanlar da var. Ümumiyyətlə istixanalar Şəmkirdə məmurların ən çox maraq göstərdiyi təsərrüfat sahəsidir. Vaqif Məmmədovun istixanaları əsasən Şəmkir rayonun Seyfəli kəndində olduğun bildirən mənbəmiz, bu obyektlərin torpaq sahələrinin bəzilərinin Şəmkirçay Su Anbarı və Magistral Kanalları İstismarı İdarəsinə məxsus olduğu iddia edilir. Əlbəttə bütün bunlar iddalardır və həqiqəti üzə çıxarmaq aidiyyatı orqanların vəzifəsidir.
İlqar Abbaszadə,
Cəmiyyət İnformasiya Agentliyi
