Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı söz alan Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva maliyyə naziri Samir Şərifova aviareyslərin qiymətləri ilə bağlı sual ünvanladı.
Millət vəkili bildirdi ki, Türkiyədə yaşayan və təhsil alan həmyerlilərimizin tez-tez ünvanladığı bir sual var: “Soruşurlar ki, niyə qardaş ölkədən digər ölkələrə uçuşların qiyməti “bir millət - iki dövlət” olan Azərbaycandan Türkiyəyə uçuşlardan ucuzdur? Vətəndaşlarımız maraqlanır ki, bu məsələyə baxılıbmı?”- Q.Paşayeva qiymətlərin yüksək olmasının xüsusilə də tələbələri narahat etdiyini vurğuladı.
Maliyyə naziri Samir Şərifov müzakirələrin sonunca deputatların bəzilərinin suallarına cavab versə də, Q.Paşayevanın qaldırdığı məsələyə toxunmadı.
