Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. İlk olaraq “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva layihənin birinci oxunuşda qəbul olunmasından sonra səsləndirilən təkliflərin layihədə öz əksini tapacağı bildirilib. Q.Paşayeva ötən gün parlamentin 4 komitəsinin qanun layihəsini müzakirə edərək, yekdilliklə plenar iclasa tövsiyə edib. Komitə sədri qanun layihəsinin qəbul olunmasını xahiş etdi. Bundan sonra qanun layihəsi əsas kimi qəbul edildi.
Deputat Tahir Rzayev bildirdi ki, Şuşa şəhəri haqqında qanun layihəsi təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ürəyindən xəbər verir. T.Rzayev Şuşaya qəhrəman şəhər adının verilməsini təklif etdi. “Şuşada həm böyük itkilər verdik, həm də böyük qələbələr qazandıq. Cənab İlham Əliyev başda olmaqla, Şuşanın görkəmli yerində qəhrəman əsgərlərimizin şərəfinə abidə qoyulmasını təklif edirəm”, deputat bildirdi. Həmçinin Şuşada parkın yaradılmasını zəruri saydı. Bülbülün ev muzeyinin, məhv edilən abidələrin bir hissəsinin erməni vandalizminin nümayişi üçün saxlanılmasını təklif etdi.
