Deputat Vahid Əhmədov Milli Məclisin plenar iclasındakı çıxışında dedi ki, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun qəbulu müstəsna əhəmiyyətə malikdir. Millət vəkili qeyd etdi ki, Şuşa rayonu 30-cu ildə yaradılıb, hal hazırda 37 kəndi var.
“Hal-hazırda bu kəndlərdə ermənilər yaşayır, o cümlədən Rusiya sülhməramlıları fəaliyyət göstərir. Vaxtilə Şuşanın əhalisinin 96 faizi azərbaycanlı, yalnız 4 fazi ermənilərdən ibarət olub”, V.Əhmədov xatırlatma etdi.
Deputat dedi ki, Şuşa şəhərinin kəndlərinin bu gün işğal altında olması gələcəkdə Şuşanın mədəniyyət paytaxtı kimi mövcud olmasına təhlükələr yaradıla bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Ona görə Şuşanın kəndləri ilə bağlı müddəa bu qanunda əksini tapsa, yaxşı olar. Belə çıxa bilər ki, biz Şuşa şəhərini mədəniyyət paytaxtı elan etdik, 37 kənd bizə lazım deyil.
V.Əhmədov Şuşa şəhərində aparılan işlərin vergidən azad edilməsini də təklif etdi.
